Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda!
Saliki-rahi-həqiqət eşqə eylər iqtida.
Eşqdir ol nəş`eyi-kamil kim ondandır müdam,
Meydə təşviri-hərarət, neydə tə`siri-səda.
Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdir,
Kim, müşəxxəs olmaz ol vadidə sultandan gəda.
Eyləməz xəlvətsərayi-sirri-vəhdət məhrəmi,
Aşiqi mə`şuqdən, mə`şuqu aşiqdən cüda.
Ey ki, əhli-eşqə söylərsən, məlamət tərkin et!
Söylə ki, mümkünmüdür təğyiri-təqdiri-Xuda?
Eşq kilki çəkdi xət hərfi-vucudi-aşiqə,
Kim, ola sabit həq isbatında nəfyi-maəda.
Ey Füzuli, intəhasız zövq buldun eşqdən,
Böylədir hər iş ki, həqq adıyla qılsan ibtida.
1) Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda!
Saliki-rahi-həqiqət eşqə eylər iqtida.
Məhəmməd Füzulu
Tarix: 30.03.2013 / 14:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 82 Bölmə: Qezeller