Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Nə meylim bağə, nə camü səbuyə ehtiyacım var"

Nə meylim bağə, nə camü səbuyə ehtiyacım var,
Cəmalın gülşənindən rəngü buyə ehtiyacım var.

Həvayi-zülf ilə dil mürği tərki-aşiyan etmiş,
Səbadən sormaq ilə cüstüçüyə ehtiyacım var.

Hədisi-ləblərin təvizi-can etmək dilər könlüm,
O zülfi-pürxəmindən tari-muyə ehtiyacım var.

Nikarım bivəfa oldu, fənadən qeyri yox çarəm,
Əlaci-dərd üçün ol tündxuyə ehtiyacım var.

Şəhidi-navəki-müjkanın olmaqçün kəfənləndim,
Könül qanilə təğsilü vüzuyə ehtiyacım var.

Rəhi-eşqində pamal olmadım, bietibar oldum,
Qübari-məqdəmindən abruyə ehtiyacım var.

Məni mən etmə, Naseh, gər qılam dilbər tamaşasın,
Nedim, hal əhliyəm, ruyi-nikuyə ehtiyacım var.


Tarix: 30.03.2013 / 14:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 97 Bölmə: Qezeller
loading...