" Var idi " qəzəli
Bir zamanlar nə mənim qönçədəhanım var idi,
Nə bu eşqim, nə də bir sirri-nihanım var idi.
Görməmişdim nə qədər ki, bu büti-zibanı,
Məsləkim vardı mənim, dinim, imanım var idi.
Nə düzü mən tanıyırdım kimisə eşq içrə
Mülki-sevdadə nə bir namü nişanım var idi.
Yaşayırdım özüm üçün, nə əzabım, dərdim,
Nə də sevdayi-məhəbbətdə ziyanım var idi.
Nə çıxan ərşə yuxum vardı şikayət eləyim,
Nə də əflakı tutan ahü fəğanım var idi.
Nə bəlalər yazılıb bəxtimə heç bilmirdim,
Sakit ömr etməyə asudə gümanım var idi.
Nə bu Yasin kimi şer ilə qəzəldən xəbərim,
Nə bu “Divan”ım ilə eşqə bəyanım var idi.
Tarix: 27.03.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 217 Bölmə: Qezeller
loading...