" İmtina etmişəm artıq köməyindən vaxtın " qəzəli
Rəməli-müsəmməni-məxbüni-məhzuf
fə'ilAtün fə'ilAtün fə'ilAtün fə'ilün
İmtina etmişəm artıq köməyindən vaxtın,
Olmuşam çünki xəbərdar kələyindən vaxtın.
Yel kimi öylə ötüb keçdi yanımdan ki, nişan
Bir bu alnımda qırışdır küləyindən vaxtın.
O qədər dartıb onu hər yetən, artıq cırılıb,
Tutmağa yer də yox, Allah, ətəyindən vaxtın.
Xəlbirim göydədi boş-boş hələ fırlanmaqda,
Çox işim keçdi bu illər ələyindən vaxtın.
O amansız nə qədər canlar alıb qan tökdü,
Sancılıb xəncəri ömrün kürəyindən vaxtın.
İstədim öldürəm hərdən uzanıb boş vaxtı,
Nişan aldım ürəyimlə ürəyindən vaxtın.
Deyəsən Vaxt öz işin gördü nəhayət, Yasin,
Gəldi axir ki, sifariş mələyindən Vaxtın.
Tarix: 30.03.2013 / 14:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 80 Bölmə: Qezeller
loading...