Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Çox gözdə sürmə, əldə həna, üzdə xal olur"

Çox gözdə sürmə, əldə həna, üzdə xal olur,
Nisbət bu qaşü bu gözə bənzər məhal olur.

Qafi-qaşın, o tayi-telin, lami-ləblərin,
Aləmdə əlbir eyləsə billah qital olur.

Lövhi-xəyalə hər necə tərh eyləsəm, qaşın,
Gəlməz xəyalə axiri məhzi-xəyal olur.

Sirri-dəhani sordum o şəkkər dodaqdən,
Pünhan danış bu sirri dedi, qiylü qal olur.

Görcək o atəşin üzünü nitqim oldu lal,
Qüdsi, cərəs düşəndə oda, zəng lal olur.


Tarix: 30.03.2013 / 15:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 167 Bölmə: Qezeller
loading...