Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Mari-siyah zülfün edər xanə könlümü"

Mari-siyah zülfün edər xanə könlümü,
Qaldı məhəlli-gənc bu viranə könlümü.

Tiri-bəlayə etdi hədəf aqibət məni,
Ya rəb, görüm ki, seydvəş oxlanə könlümü.

Qəmzən çəkib xədəng, qaşın tir ilə kəman,
Qanlı kimi çəkər hərə bir yanə könlümü.

Qoyma ki, şanə dil uzada tari-zülfüvə,
Allah üçün batırmagilən qanə könlümü.

Xalın həvası ilə könül qondu zülfüvə,
Axır əsiri-dam elədi danə könlümü.

Hər sübhlər bu xəstə dili-xəstə eyləyir,
Gahi nəsimi-sübh, gəhi şanə könlümü.

Salarını qoyub qəmi-hicranda mübtəla,
Rəhm eyləməz, edər yenə viranə könlümü.
Mirzə Hüseyn Salar


Tarix: 30.03.2013 / 14:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Qezeller
loading...