Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Unudulmuş da, atılmış gülü sevda kimiyəm"

Unudulmuş da, atılmış güli-sevda kimiyəm,
Gözlərimdən çəkilən bir dəmi-röya kimiyəm.

Hicr əlindən ürəyim qanə dönər şamü səhər,
Üzünün nuruna həsrət şəbi-yelda kimiyəm.

Neyləmişdim sənə mən, böylə vəfasız çıxdın
Həsrətindən üzülən bülbüli-şeyda kimiyəm.

Hər keçən yolçudan ağlar gözüm əhval sorar,
Hər buluddan su uman bir quru səhra kimiyəm.

Sənə bel bağladım, atdın məni, ey munisi can
İndi sənsiz yaşaram, tarixi-dünya kimiyəm.

Əhdə sadiq, gözü yollarda Nigaram sənsiz,
Bivəfa, eşqinə pərvanə Züleyxa kimiyəm.


Tarix: 31.03.2013 / 17:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Qezeller
loading...