Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Ey saqi, gəl qutar bizi dərddən, əzabdən " qəzəli

Ey saqi, gəl qutar bizi dərddən, əzabdən,
Gen tutma lütf adında böyük bir səvabdən.

Artıq biz aldanan deyilik hər yalan sözə,
Çox şey götürmüşük o müqəddəs kitabdən.

Qan yaş töküb fəqan edirik həsrətin çəkib,
Ey saqi, gəl qutar bizi bu iztirabdən.

Məst olmaq istəyir könül, ey saqi, bəzmdə,
Həsrətdə qoyma, süz, o qan olmuş şərabdən.

Çox yalvarıb yaxardıq, a Yasin, o yarə biz,
Bir fayda hasil olmadı ancaq xitabdən.


Tarix: 27.03.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 79 Bölmə: Qezeller
loading...