Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Yox rəhm eləyən aşiqi-nalanə bu gündə " qəzəli

Həzəci-müsəmməni-əxrəbi-məkfuf-məhzuf
məf'Ulü məfA'ilü məfA'ilü fə'Ulün



Yox rəhm eləyən aşiqi-nalanə bu gündə,
Var can evinin hacəti səhmanə bu gün də.

Dünyayə qədəm qoyduğum andandı fəqanım,
Çatmır, nə edim, dadıma cananə bu gün də.

Neyçün belə birəhmsən, insafə gəl, ey yar,
İmdad eləməzlər məgər insanə bu gündə?

Aşiqlərinin könlünü qırdın bu səbəbdən,
Eyhamla gülür aşiqə biganə bu gün də.

Əhsən, üzün aşiqlərin ağ eylədi Məcnun,
Haqqında gəzir min cürə əfsanə bu gün də.

Eşq əhli tutub üz hara getsin, özü bilmir,
Dövran belə, məscid elə, meyxanə bu gündə.

Hər şey sıxır aləmdə məni, Yasin, özün de,
Qəsd eyləməyib neyləyəsən canə bu gündə.


Tarix: 26.03.2013 / 19:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 149 Bölmə: Qezeller
loading...