Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Bu son gedişlə son ümmidi basdırıb getdin " qəzəli

Bu son gedişlə son ümmidi basdırıb getdin,
Cənabi-dərdə nəyim vardı tapşırıb getdin.

Gedəndə hökm ilə hicranə göstəriş verdin,
Bu bəxti, taleyi bir tükdən asdırıb getdin.

Səninlə biz nə qədər söz danışdıq, ay zalım,
Nə xeyri, axir ümid tellərin qırıb getdin.

Çıxıb gedəndə vidalaşmadın, qaçan vaxtın
Tutub çəkib yaxasından dayandırıb getdin.

Çətin ki, bir də görüşsün bizim baxışlarımız,
Dalınca körpüləri çünki yandırıb getdin.

Qanım dolunca tökülmüş könül piyaləsini,
Soyuq, bir özgə baxışlarla sındırıb getdin.

Qəribə taleyi var Yasinin, ömür kitabın
Oxunmamış götürüb tez-bazar cırıb getdin.


Tarix: 27.03.2013 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: Qezeller
loading...