Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Qanim tökən qaşındı, gözün gördü danmasın"

Qanim tökən qaşındı, gözün gördü danmasın,
Müşküldü qonşu əyriliyin qonşu qanmasın.

Ahəstə, ey könül, elə get kuyi-dilbərə,
Yatmış qapı dalında rəqibi, oyanmasın.

Tök qanımı, vüsalə yetir, çün görülməyib
Aşiq əli vüsalə yetəndə boyanmasın.

Xalın üzündə möcüzədir, kimsə görməyib
Düşsün sipənd atəşi-şuzanə, yanmasın.

Səbr eylə, ey könül, yetər hər cövr yardən,
Aşiq gərək cəfavü sitəmdən usanmasın.


Tarix: 30.03.2013 / 14:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Qezeller
loading...