"Əsiri-baği-hüsnün mən tək olsa bülbüli-şeyda"
Əsiri-baği-hüsnün mən tək olsa bülbüli-şeyda,
Oxur kuyində zövq ilə "fə sübhanəl-ləzi əsra".
İki məstanəvü məxmur çeşmin fikr edən tərsa,
Unutmaz, dildə zikr eylər ki, amənna və səddəqna.
Əsasi-eşqi qurdun, keç fənadən, tut rəhi-üqba,
İcarət eyləmə kərkəs kimi dünyavü mafiha.
O tari-kakilin feyzin alıbdır gərdəni-mina.
Onunçün qarə geymiş ruzigarın ol şəbi-jelda.
Əgər ol mahrudən zərrə, Zakir, görməsəm beyza,
Axar seylabi-əşkim, çeşmeyi-qəmdən olur dərya.
Molla Qasım Zakir
Tarix: 30.03.2013 / 14:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 91 Bölmə: Qezeller
loading...