Ey qəmərsima məni zülfün çalıb əqrəb kimi,
Aləmə rovşəndi bu zəxmi-dilim kovkəb kimi.
Görsə gər zahid bu zülfün, kafəri-məhz olmasa
Boynuma zünnar sallam İsəviməzhəb kimi.
Hər nəhusət rəf olur zülf içrə görcək arizin,
Sədi-Əkbər hərkiz olmaz bu qəmər-əqrəb kimi.
Şəkkəri-Şirinə Xosrov çox da məğrur olmasın,
Gəlməyib dünyaya bir Şirin bu şəkkərləb kimi.
Türrəyi-pürtabın almış bir qəvi zəncir ələ,
Axtarır divanələrdən, bilmirəm, ya rəb, kimi?!
Aşiqin-zarın körəndə kəşfi-mətləb qıl gözəl,
Mən də əhli-mətləbəm Hacı Əli Mətləb kimi.
Sinə-tənkəm qoy çəkim ağuşa sinən tənk-tənk,
Kim düşər billahi sinən sinəmə sələb kimi.
Busə ləlindən təmanna qılsa, Ləli, yox demə,
Bir nəfər zövq əhli, yox billah, bu xoşməşrəb kimi.
Tarix: 30.03.2013 / 14:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Qezeller