Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Yetmədi məqsudinə bir kəs riyazət çəkməmiş"

Yetmədi məqsudinə bir kəs riyazət çəkməmiş,
Səbr edib zindanə Yusuf oldu sultan, ağlama!

Sor müalic dərdinə bir vaqifi-əsrardən,
Umma nakəs kimsələrdən fəzlü ehsan, ağlama!

Hər nə müşkül dərd olursa, bulunur dərman ona,
Eşq dərdinə müalic olmaz imkan, ağlama!

Görmədim mən bir rəfiqi etibarı var ola,
Qalmayıb aləmdə hec bir əhdü peyman, ağlama!

Ey Şəməmduz, ol xuda müşgülgüşa olmuş bizə,
Necə müşgül karın olsa, eylər asan, ağlama!
Məhəmməd Şəməmdüz


Tarix: 30.03.2013 / 14:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 118 Bölmə: Qezeller
loading...