Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Qəşəng-qəşəng " qəzəli

Ey dərd, içimdə qol götürüb süz qəşəng-qəşəng,
Könlümdə şadlıq et, gecə-gündüz qəşəng-qəşəng.

Tufan bu bəhri-eşqdə bir azca səngiyib,
Ey qəm, gözümdə yelkən açıb üz qəşəng-qəşəng.

Hər gün bu gözlərimdən axan yaş şərabdır,
Ey saqi, boş qədəhlərə dur süz qəşəng-qəşəng.

Eşqin bəzəkli süfrəsinin üstə, ey fələk,
Hər cür mətahi-dərdi gətir düz qəşəng-qəşəng.

Ömrün nə yaxşı günləri var topla heybənə,
Ağzın, könül, götür hələlik büz qəşəng-qəşəng.

Yasin, vəfası yoxdu bu dünya dağılmışın,
Tez sən də ondan əllərini üz qəşəng-qəşəng.


Tarix: 26.03.2013 / 19:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 159 Bölmə: Qezeller
loading...