Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Açılıb eyni gülür şövq ilə aləm, aləm " qəzəli

Açılıb eyni gülür şövq ilə aləm, aləm,
Görünür hər nə var ətrafdə xürrəm, xürrəm.

Bəzənir nazlı mələk tək kəpənəklər, bəh-bəh,
Güzgüdür ağ ləçək üstündəki şəbnəm, şəbnəm.

Su atır göy qışın ardınca gözündən xoş-xoş,
Üzümüzdən, gözümüzdən yuyulur qəm, qəm, qəm.

Tut ucundan yağışın çıx göyə addım-addım,
Düşməz əlbəttə bu imkan ələ hər dəm, hər dəm.

Qanı donmuşdu, ağarmışdı bu dünya, dünya,
Gətirib gəldi bahar dərdinə məlhəm, məlhəm.

Yer göyə, göy yerə bağlandı, ay Allah, Allah,
Oldular Yasinə bu yaz günü həmdəm, həmdəm.


Tarix: 27.03.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 86 Bölmə: Qezeller
loading...