Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Nə istəyir nə bilim " qəzəli

Verir sitəm mənə hicran nə istəyir nə bilim,
Düşübdü üstümə dövran nə istəyir nə bilim.

Tutub yaxamdan ümid hey sual cəvab eliyir,
Soruşma, ay sənə qurban nə istəyir, nə bilim.

İlahi, çəkməyir əl istəsək də şər bizdən,
Nə istəyir bu yapışqan, nə istəyir nə bilim.

Döyüb başın gecə-gündüz könül fəqan eləyir,
Bu dərdə yoxdusa dərman nə istəyir, nə bilim.

Ümid yeyib dolanır can, yatıb durur qəmlə,
Var isə bir belə imkan nə istəyir, nə bilim.

Veribdi hər şeyi Pərvərdigar səxavətlə,
Bu nankor indi bəs Ondan nə istəyir, nə bilim.

Vüsal umur üzə bir bax bu bihəya könlüm,
Tutubdu gözlərini qan, nə istəyir nə bilim.

Nə can çıxır, nə də ki, canan öldürür, Yasin,
Bu can nə istər, o canan nə istəyir nə bilim.


Tarix: 27.03.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 153 Bölmə: Qezeller
loading...