Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Günüm pis keçmir " qəzəli

Min şükür dərd ilə ülfətdə günüm pis keçmir,
Fikr ilə hər gecə söhbətdə günüm pis keçmir.

Doymuram hər günüm üçün Ona şükranlıqdan,
Razıyam, Rəbbimə minnətdə günüm pis keçmir.

İstəyim, qəsdim əziz yarıma can verməkdir,
Belə xoş arzuda, niyyətdə günüm pis keçmir.

Dərdi hər gün çəkirəm söhbətə xəlvət yerdə,
Çəksə də xeyli bu, xəlvətdə günüm pis keçmir.

Hər şeyim var, nəsə çatmırsa da dərdim yoxdur,
Buna da min şükür, əlbəttə, günüm pis keçmir.

Ümidim vəslə kəsilmir, ötür hərçənd ömrüm,
Bu ümidlə hələ həsrətdə günüm pis keçmir.

Mənə divanə deyirlər tanıyanlar, ancaq
Elə “arif”lərə nisbətdə günüm pis keçmir.

Müxtəsər, yoxdu gileylənməyə haqqım, Yasin,
Kİ, böyük məqsədə xidmətdə günüm pis keçmir.


Tarix: 26.03.2013 / 19:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 148 Bölmə: Qezeller
loading...