Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Olsun gərək " qəzəli

El içində, əziz dost, hörmətin olsun gərək,
Xalq içində xoş sözün, söhbətin olsun gərək.

Yoxsullara əl tutub, yetimləri sevindir,
Hər körpəyə, qocaya rəğbətin olsun gərək.

Xidmət elə xalqına əməlinlə həmişə,
Insan kimi dəyərin, qiymətin olsun gərək.

Məclislərin başında oturmaq asan deyil,
Bununçün illər boyu xidmətin olsun gərək.

Cənnətdir həqq əhlinə mükafatı Xudanın,
Bu kamə yetmək üçün niyyətin olsun gərək.

Ölməyə də hazır ol yolunda bu millətin,
Bu işdə qətiyyətin, qeyrətin olsun gərək.

Xəlqə nökərlik böyük şərəfdir, ay naxələf,
Bundan ötrü xahişin, minnətin olsun gərək.

Yasin, beş-üç söz ilə çətin yadda qalarsan,
Tarixdə qalmaq üçün sən'ətin olsun gərək.


Tarix: 27.03.2013 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 118 Bölmə: Qezeller
loading...