Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Fəğan ki, künhi-qəmi-can bilinmədi, qaldı"

Fəğan ki, künhi-qəmi-can bilinmədi, qaldı,
Təvəqqei-dili-nalan bilinmədi, qaldı.

Simati-dəhrdə hər kəs nəsibini buldu,
Nəsibi-zümreyi-rindan bilinmədi, qaldı.

Cəfayi-firqəti-canan bilindi muybəmu,
Səfayi-vəsl-kamakan bilinmədi, qaldı.

Cahanda hər mərəzə bir əlac olub peyda,
Fəraq dərdinə dərman bilinmədi, qaldı.

Kitabi-eşqdə dərki-üqul əcz bulub,
Həzar nükteyi-pünhan bilinmədi, qaldı.

Bilindi qisseyi-aləm, səbahi-həşr oldu,
Hekayəti-şəbi-hicran bilinmədi, qaldı.

Kimin əsiri, kimin namuradiyəm, Hakam,
Nədir bu etdiyim əfğan bilinmədi, qaldı.


Tarix: 30.03.2013 / 14:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 92 Bölmə: Qezeller
loading...