" Yoxdur mənə bənzər çiyəri parələr içrə " qəzəli
Yoxdur mənə bənzər çiyəri parələr içrə,
Biçarə mənim tək hanı biçarələr içrə.
Sinəm dağının yarəsini gördüsə hər kim,
Yoxdur belə bir yarə, dedi, yarələr içrə.
Əhvalımı bildikdə təbibim dedi: ey vay,
Bir çarə sənin dərdinə yox çarələr içrə.
Bəxt ulduzu imdadıma gəlmir nə zamandır,
Batmış o üzüqarə də səyyarələr içrə.
Zülfün qara, xalın qara, çeşmin qara, ey gül,
Rüzgarım olubdur qara bu qarələr içrə.
Çox aşiqi avarə salıb, ey könül, eşqi,
Yasin kimisi yoxdur o avarələr içrə.
Tarix: 27.03.2013 / 19:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 122 Bölmə: Qezeller
loading...