" Hər gülşənin Allah güli-rənasını versin " qəzəli
Hər gülşənin Allah güli-rənasını versin,
Hər qönçənin öz bülbüli-şeydasını versin.
Hər aşiqi öz istədiyi yarə yetirsin,
Hər Məcnuna öz sevgili Leylasını versin.
Cananin üzü əks olunur zər qədəh içrə,
Ariflərə saqi meyi-minasını versin.
Yoxdursa məhəbbət, o ürək bir qara daşdır,
Allah hamının eşqini, sevdasını versin.
Gün görmədi Yasin bu dəni fani cahanda,
Allah qoy heç olmazsa o dünyasını versin.
Tarix: 27.03.2013 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 113 Bölmə: Qezeller
loading...