"Hər təbəssüm ki, gər ol ləli-şəkərxəndə edər"
Hər təbəssüm ki, gər ol ləli-şəkərxəndə edər,
Özünə yüz dili-şeydanı o dəm bəndə edər.
Toxuna zülfünə nagah nəsimi-səhəri,
Ənbərəfşan qılır, əqli pərakəndə edər.
Pərtövi-bərq ilə pəjmürdəvü suzan kəs tək
Hər nigahında məni ol ruxi-tabəndə edər.
Edəsən ruyinə nəzzarə hər an, dəm güya
Qeyri bir hissi-novicad nigarəndə edər.
Aparır huşumu məstanə dönüb baxması,
Hər zaman naz ilə ol sərv xuraməndə edər.
Firqətindən gözüm ol novgüli-şirindəhənin,
Əşkini əbri-baharan kimi barəndə edər.
Şuxoya, vəqti-həlakımda yetən dəm, ləbdən,
Zində bir busə ilə ol büti-nazəndə, edər.
Mustafa Ağa Şuxi
Tarix: 30.03.2013 / 14:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Qezeller
loading...