Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Əhli-eşqin üzünə açmaya firqət qapısın " qəzəli

Əhli-eşqin üzünə açmaya firqət qapısın,
Bağlaya həqqin əli aşiqə həsrət qapısın.

Tökərək zülfünü rüxsarına görcək məni yar,
Elə bil göstərir hər dəfə qiyamət qapısın.

Qısqanırlar deyəsən göydə mələklər də bizi,
Bağlayıblar o səbəbdəndi ki, vüslət qapısın.

Dərdimi bilməsin heç kim deyə örtdüm qapımı,
Açmayır mən yazığın indi cəmaət qapısın.

Məkrlə bağladı əğyar vüsalın yolunu,
Açmasın heç görüm əğyarı səlamət qapısın.

Bağlanan hər qapının səndədir, Allah, açarı,
Yarımın aç mənə, nolar ki, ziyarət qapısın.

Hərənin öz payı, öz qisməti var dünyadə,
Bəxti yar olsa açar Yasinə qismət qapısın.


Tarix: 27.03.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 94 Bölmə: Qezeller
loading...