Bir sıra mütəxəssislər göz qapağı enməsini başqa xəstəliklərin xəbərçisi ola biləcəyini söyləyirlər.
Həkim dos. Deniz Oral, göz qapağında olan enmələrin nevroloji xəstəliklərdən ağciyər xəstəliyinə qədər bir çox problemin işarəsi ola biləcəyini qeyd edib.
Qapaq düşmə probleminin ciddiyə alınması lazım olduğunun vurğulayan Deniz Oral, bəzi kəslərdə qapaq aşağılığının yanında cüt görmənin də ortaya çıxdığını ifadə edib. Qapaq düşmə bədəndəki ümumi bir nevroloji xəstəliyin ilk əlaməti də ola bilər. Onun üçün qapaq düşməsi olan kəslərdə bədəndə başqa bir problem olmadığından əmin olmaq lazımdır. Əslində ağciyər şişləri olan kəslərdə belə qapaq düşmə ortaya çıxa bilər. Çünki göz qapağındakı əzələlərə gedən sinirlər, ağciyərlərin yanından keçir.
Uşaqlarda qapaq düşməsi göz tənbəlliyindən irəli gəlir. Xüsusilə uşaq yaşda görülən göz qapağı enmələrinin ciddiyə alınması lazım olduğu mövzusunda xəbərdarlıq edən həkim Oral: "Qapaq düşmə xüsusilə uşaqlıq dövründə daha əhəmiyyətlidir" deyib. Bu vəziyyətin zamanında müəyyən olunub lazımlı müalicənin edilməməsi vəziyyətində uşaqda qalıcı göz tənbəlliyi meydana gələ bilir" deyə danışıb.
Göz qapağı enmələrini doğru və yalançı göz qapağı enməsi olaraq iki qrupa ayıran həkim Oral, sözlərinə bu cür davam edib: doğru qapaq enmələrində, göz qapağının özü aşağı doğru yönəldiyindən görməyə maneə törədir. Yalancı qapaq enməsi isə göz qapağının üzərindəki dəri əsnək olaraq kirpiklərin üzərindən aşağı yönələrək adamın görmə sahəsini daraldır. Qapaq düşmə adamın görmə sahəsini daraltmaqla, adama davamlı yorğun və yuxulu bir ifadə verərək görünüşünü pozur.
Qapaq enmələrinin hansı yaşda və kimdə olduğu son dərəcə əhəmiyyətlidir. Əvvəlcə xəstədə qapaq aşağılığına səbəb olacaq sistemik başqa bir xəstəlik olub olmadığından əmin olmaq lazımdır.
Tarix: 16.01.2015 / 13:35 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Oftalmologiya