Göz ağrısının ev mühitində müalicəsi gözü su ilə yumaqla da olur. Gözə xarici bir cisim düşdükdə gözü ovuşturmaq məsləhət deyil.
Bu, maddənin gözə sürtünməsinə və ya daha dərinlərə düşməsinə səbəb olar. Belə hallarda gözə ilkin tibbi yardım göstərilməlidir.
Kimyəvi maddə və ya xarici bir cisim düşübsə dərhal ilıq su və ya apteklərdə satılan göz yuma məhlulundan istifadə etmək olar.
Daha sonra vacib tədbirlər görmək və həkimə müraciət etmək lazımdır.
Göz ağrılarına səbəb olan amillərdən biri də kiçik xarici cisimlərin gözün üst qapağının içində sıxışıb qalmasıdır. Buda öz növbəsində gözün üst qapağında problem yaradır. Bu cür hallarda sadə xarici cisimləri çıxarmaq mümkündür. Prosesdən sonra gözləri istirahət etdirmək və parlaq işıqdan qorumaq lazımdır.
Bu göz narahatlıqlarına yaxşı təsir göstərir. Əlavə olaraq göz ağrılarını aradan qaldıran reseptsiz satılan dərmanlardan alıb istifadə edə bilərsiniz.
Kontakt linza istifadə edənlər linzanı çıxarmalı və bir göz həkimi tərəfindən müayinə edilməlidirlər.
Yüngül olmayan göz ağrınız varsa tibbi müalicə məsləhətdir. Bu eyni ilə ağrısı keçməyən göz xəstəliklərinə də aiddir.
Tarix: 16.01.2015 / 13:16 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Oftalmologiya