MATERİAL SİYAHISI:
3 yuxa
1 su stəkanı süd
2 yumurta
2 xörək qaşığı kərə yağı
Yarım çay stəkanı zeytun yağı
150 q kaşar pendiri
60 q pastırma
İÇİ:
Baton keks qəlibini yağlayırıq. İlk yuxa qəlibin içinə qoyuruq, kənarlarını kənara sallayırıq. İki yuxa da hissə-hissə ayırırıq, arasına bir iki parça daha yuxa qoyuruq. Sosu üçün, kərə yağını əridirik.
Qarışdırma qabına südü, zeytun yağı və kərə yağını tökürük. Yumurtaları sındırıq və çırpma teliylə qarışdırırıq. Qəlibə qoyduğumuz yuxa üzərinə sous tökürük. Dilim-dilim kəsilmiş olan kaşar pendirindən və pastırma-dan qat qat qoyuruq. Aralara yuxa qoyub sos tökürük. Bu şəkildə bütün qəlibi doldururuq. Kənardan sallanan yuxayla da üzərinə bağlayırıq. Qalan sousu fırçayla ən üstə sürürük. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk.
Tarix: 13.05.2015 / 19:50 Müəllif: Nurana Baxılıb: 199 Bölmə: Xəmir xörəkləri