Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı Halvası

180 gr un

200 gr kərə yağı

200 ml su

200 gr şəkər

1 yemək qaşığı bal

Bir-iki saplaq zəfəran

Bir az duz


Əvvəlcə mət hazırlanır. Qazanda şəkərin üstünə suyu töküb, qazın üstünə qoyun. Qaynayan kimi bal və bir neçə zəfəran saplağı əlavə edin, qarışdırın. Sonra qazanı odun üstündən kənara qoyun.

Yağı ayrıca əridin. Ərinmiş yağa unu tökün və bir az duz əlavə edib yaxşıca qarışdırın. Un yağı tamamilə canına çəkməlidir. Sonradan un əlavə etmək olmaz. Qarışdıraraq, unu yağda qovurun. Qaz orta alovda olmalıdır. Un qızılı rəngə düşüncə qarışdıraraq tavanı odun üzərində saxlayın.

Tavanı odun üstündən götürəndən sonra, məti hissə-hissə kütlənin üstünə əlavə edin. Bu zaman bir qədər ehtiyatlı olmaq lazımdır ki, qaynar sıçrantılar əllərinizi yandırmasın. Şirə və un kütləsi eynicinsli hala düşüncə qarışdırılmalıdır. Halva boşqablara çəkilmək üçün hazırdır.

Halvanı dayaz dessert boşqablarına tökərək yastılayandan sonra, bir saatlıq kənara qoymaq lazımdır ki, “bərkisin”. Bərkiməmiş halvanın üstünü bəzəmək olar. Yaxşı çalınmış halvanın rəngi acıq olmalalıdır, halvanın qırağına haşiyə kimi yağ çıxmalıdır. Əgər halva bərkdirsə, deməli unu çox vurulub. Halva durudursa, şirəsi artıq olub. Halva çox qaldıqca bərkiyir. Ancaq onun bərkliyi normadan artıq olmamalıdır.

Azərbaycanın qərb zonasında halvanı umacdan hazırlayirlar. Umac halvası yuxarıda göstərildiyi kimi, ancaq un əvəzinə, əvvəlcədən ovulmuş umacdan hazırlanır. Bir cox rayonlarda hazır halvanın üzərinə darçın səpirlər. Halva mərasim yeməyi olsa da, bütün variantları sınaqdan keçirib dadına baxmaqdan çəkinməyin.

Nuş olsun!


Tarix: 12.12.2012 / 10:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 451 Bölmə: Xəmir xörəkləri
loading...