Qoyun əti – 108 q,
buğda unu – 4 q,
yumurta – ¼ əd,
baş soğan - 18 q,
şərab sirkəsi – 10 q,
keşniş – 15 q,
nanə qurusu – 10 q,
istiot,
duz.
Düşbərə hazırlamaq üçün sümüklərdən bulyon bişirilir, qoyun ətinin yumşaq hissəsindən soğan və ədviyyat qatmaqla qiymə hazırlanır. Mayasız yoğurulmuş bərk xəmir 1 mm qalınlığında yayılıb kiçik kvadratlar şəklində doğranır. Hər kvadratın ortasına 2-3 qram qiymə qoyulur. Kvadratlar ortadan və ya üçkünc qatlanıb küncləri geriyə dartılır. Düşbərəni bulyonda 5 dəqiqə bişirirlər. Ev şəraitində düşbərəni elə xırda hazırlayırlar ki, bir qaşığa 4-5 ədəd yerləşir. Süfrəyə verilən zaman yanına sarımsaqla sirkə qoyulur, üstünə isə keşniş və ya quru nanə səpilir.
Tarix: 21.12.2012 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 479 Bölmə: Xəmir xörəkləri