Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qat-qatlı xəmirin içində toyuq əti

Toyuq ətindən hazırlanan daha bir ləziz yemək

Ərzaqlar:

5-6 ədəd toyuq budları

200-250 qram pendir

500 qram qat-qat xəmir

2-3 diş sarımsaq

Duz, istiot


Hazırlanma qaydası:

Toyuq budlarını yuyub, salfetlə qurulayın. Üzərinə duz , istiot və xırdalanmış sarımsaq səpin. Pendiri xırda-xırda doğrayıb, toyuğun dərisinin içinə yerləşdirin.

Qat-qat xəmiri 0,5 sm ölçüsündə yayıb, uzunsov nazik zolaqlar şəkilində doğrayın.

Hər toyuğun budunu zolaqlı xəmirlə bürüyün.

Sobanın listinə yağ çəkib, toyuq budlarını yerləşdirin.

180-200 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə ərzində toyuqları bişirin. Nuş olsun!


Tarix: 11.12.2012 / 22:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 365 Bölmə: Xəmir xörəkləri
loading...