Xəmir
Buğda unu
Yumurta
1-2 çay qaşığı qatıq
Su
Duz
İç
Müxtəlif göy-göyərti – turşəng, keşniş, şüyüd
Yumurta
1-2 çay qaşığı qatıq
Baş soğan, duz, istiyot, limon turşusu (turşəng yoxdursa)
Müxtəlif göyərt lazım olacaq, xüsusilə turşəng, onda qutabın dadı bir qədər turşməzə alınacaq. Əgər turşəng olmazsa, onda suda ərimiş limon turşusundan istifadə etmək olar.
Əvvəlcə soganı qızılı rəngədək qızardın. Göyərtini yuyub, qurudun, sonra xırda-xırda kəsin, yaxşı olar kiçik balta ilə, üstünə duz tökün, amma çox da göyərtini əzmək olmaz, çünki onda suya dönər. Əgər göyərtinin şirəsi çıxsa, onda onu sıxmaq lazımdır.
Doğranmış göyərtinin üstünə qızarılmış soğan tökün, 1 yumurta və 2-3 qaşıq qatıq. Bunları qarışdırın.
Ayrıca undan, yumurtadan, 1-2 qaşıq qatıq və sudan xəmir düzəldin. Duz yaddan çixmasın. Xəmir bərk olmamalıdır, yaxşı yayılmalıdır. Kiçik kündələr tutun. Göy qutabı ət qutabdan daha iri olmalıdır. Kündəni 27 sm diametrində yayın. Yarısına göydən içi qoyun, sonra o birisi yarısını üstünə gətirib qırağını bərkidin.
Sacda bişirin. Mən sac kimi çevrilmiş iri tavadan istifadə edirəm.
Bişirilən zaman yağ vurulmuyur. Yalnız sonra isti-isti üstünə nazik laylı kərə yaği çəkilir və qatıqla yeyilir.
Tarix: 12.12.2012 / 10:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 421 Bölmə: Xəmir xörəkləri