MATERİAL SİYAHISI:
4 su stəkanı un
Yarım paket yaş maya
Duz
Su
DAXİLİ XƏRCİ ÜÇÜN:
Qovurma
Ağ pendir
Kaşar pendiri
ÜZƏRİ ÜÇÜN:
Kərə yağı
İÇİ:
Unu qarışdırma qabına alırıq, duzunu atırıq. Ortasını hovuz kimi açırıq. Ortaya yaş maya qoyuruq. Mayanın üstünə ilıq su tökürük. Su əvvəlcə maya əridirik, kənardan un alaraq xəmiri yoğururuq. Yumşaq bir xəmir əldə edirik. Xəmirdən naringi böyüklüyündə qoparıb yuvarlayırıq. Dəzgaha un səpirik və düyümləri pərlə açırıq.
Kaşar pendiri rəndələyirik, ayrı bir kasaya ağ pendiri xırda-xırda dograyırıq .Qovurmanı xırda kub şəklində doğrayırıq. Xəmir bəzilərinə kaşar pendiri bəzisinə ağ pendir və bəzilərinə də qovurma qoyuruq. İstəyə görə hamısından də qoyarıq. Kənarlarını bağlayırıq və lavaş şəkli veririk. Yağlı kağız sərilmiş soba xonçasına düzürük Məcməyidə mayalanmaya buraxırıq. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk. Sobadan çıxanda, otaq temperaturunda yumşalmış kərə yağıyla yağlayıb süfrəyə veririk.
Tarix: 12.05.2015 / 17:40 Müəllif: Nurana Baxılıb: 145 Bölmə: Xəmir xörəkləri