Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Soğanlı pizza

4 soğan
1 yumurta
Duz
3 x.q. qarğıdalı unu
2,5 stəkan holland pendiri
Xəmir üçün:
1-1,5 stəkan su
Lazım olan qədər un
1 x.q. bitki yağı


Soğanlı içlik: soğanları soyub 0,5 sm qalınlığında halqalar şəklində doğrayın. Yumurta ilə duzu çəngəllə çırparaq üstünə qarğıdalı unu əlavə edin. Bunu soğanların üstünə töküb yaxşı qarışdırın.
Xəmir: unu su və bitki yağı ilə yoğurub dairəvi formada açın. Üstünə soğanları, holland pendirini töküb 200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.


Tarix: 18.12.2012 / 21:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 210 Bölmə: Xəmir xörəkləri
loading...