Xəmir
Un
1 yumurta
Su
Duz
Xuruş
Quyun ya mal ətindən qiymə
Soqan
Duz
İstiot
Yağ
Qatıq
Sarımsaq
Hazırlanması:
Un, yumurta və sudan ələ yapışmayan xəmir yoğrulur (düşbərə xəmiri kimi). Çox nazik yuxa yayılır (yaymaq haqqında “texnika” bölümünə baxın). Yuxa iri romblara bölünür və başqa bir səthin üstünə qurumaq üçün yığılır.
Vaxtaşırı rombları yapışmamaq üçün çevirmək lazımdır. Qurumaq müddəti 7-9 saatdır.
Bu müddətdə qiyməni hazırlayın. Çəkilmiş ət soğanla, duzla, istiotla qarışdırılır və tavaya qoyulur. Üstünə 2 x.q. su tökülür və ətin suyu buxarlananadək bişirilir.
Sonra, əgər ət yağlı deyilsə, ətə yağ əlavə olunur və ət qızardılır. Qaydaya görə ət çox qızardılmamalıdır, amma mən özüm çox qızardılmış qiymə xoşladığım üçün, şəkildə də belə düşüb.
Qatığı əzilmış sarımsaqla qarışdırın, bir az duz əlavə edin.
Qazanda suyu qaynadın və duz əlavə edin. Su qaynayan kimi qurudulmuş xəmir rombları qazana atın və 5 dəq. bişirin. Ancaq qazanın yanından uzaqlaşmayın, çünki çox qaynatmaq olmaz, onda xəngəl xəmirə dönər.
Qazanı aşsüzənə töküb yaxşıca silkələmək lazımdır ki, su qalmasın. Xəngəli dərhal boşqablara çəkin. Üstünə sarımsaqlı qatıq, yağ, və qızardılmış qiyməni tökün. Xəngəli isti-isti yeyirlər.
Nuş olsun!
Tarix: 12.12.2012 / 11:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 436 Bölmə: Xəmir xörəkləri