"Dilbəra,sevmək məni yan eyləməkdən yaxşıdır"
						Dilbəra,sevmək məni yan eyləməkdən yaxşıdır 
 Sev ki,sevda,qəlbi viran eyləməkdən yaxşıdır.
 Məncə ey zalım fələk,səbr eyləyən aşiqləri
 Bəxtiyar etmək,peşiman eyləməkdən yaxşıdır 
 Kaş küləklər eyləyə halın pərişan aşiqin.
 Zülfünü yarın pərişan eyləməkdən yaxşıdır.
 Ta görüncə bir vəfalı,aclıq elan eyləmək
 Bivəfaya eşqi elan eyləməkdən yaxşıdır.
 Kim məgər ah eyləyib yetmiş ki vəslə,ey könül
 Hicrə susmaq,məncə əfqan eyləməkdən yaxşıdır
 Tərk edib zalımlığı bir xoş kəlam lütf eyləmək
 Məzlumun qəlbin nigaran eyləməkdən yaxşıdır.
 Şəninə layiq deyilsə Pərvizin sözləri,de
 Lal dayanmaq,bunca nöqsan eyləməkdən yaxşıdır.
Pərviz Arif
Tarix: 31.03.2013 / 17:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 100 Bölmə: Qezeller
loading...