Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Həvəsiylə " qəzəli

Ey dil, nə gəzirsən yenə Leyla həvəsiylə,
Gülzardə bir tər güli-rəna həvəsiylə.

Mənasız olan surətə cahil baxar ancaq,
Seyr eylə, çalış surəti məna həvəsiylə.

Eşqiydi çəkən çöllərə Məcnunu o vaxtlar,
Gəzməzdi o boz çölləri səhra həvəsiylə.

Min sirr yatır hər açılan qönçədə, ey dost,
Seyr etmə onu təkcə təmaşa həvəsiylə.

Dünya malına səy elə göz dikmə, fənadır,
Arif olan ömr eyləyər üqba həvəsiylə.

Bir söz de ki, Yasin, deyələr-“sən sözə bir bax”,
Söz söyləmə, qurban sənə, misra həvəsiylə.


Tarix: 27.03.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 171 Bölmə: Qezeller
loading...