Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Saqi, kəm eyləmə bir dəm əlimizdən camı " qəzəli

Saqi, kəm eyləmə bir dəm əlimizdən camı,
Meyi-gülfamdən alsın qoy ürəklər kamı.

Qoyma qəm-qüssədə qalsın bu xərabət əhli,
Durma nolar, gətir, ey saqi, meyi-gülfamı.

Saqidən, meydən əgər hardasa söhbət düşsə,
Salır izzətlə bəşər yadə Ömər Xəyyamı.

Mənə bir busə əta etsə o gül ləblərdən,*
Dönəcək gülşənə ömrün bu xəzan əyyamı.

Çatmaz öz kamına hər kim ki, qurub könlündə,
Gəlməsin qüssə, kədər, qəm-deyə istehkamı.

Dönmərik hər nə bəla versə üz eşq içrə bizə
Ey rəqib, vurma dəxi, gəl bu qədər eyhamı.

Hansı məclisdə məqam eylədik, eşq əhli dedi:
“Görmədik eşqdə Yasin kimi bir bədnamı”


Tarix: 27.03.2013 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 103 Bölmə: Qezeller
loading...