"Füsuni-hüsnü zinət,ey cəhani-fani,səndə var"
						Füsuni-hüsnü zinət,ey cəhani-fani,səndə var,
 Nə cür mən uymayım sənə,həvayi-nəfs məndə var?!
 Cəhani-fani içrə çox həvayi-nəfsə uymuşam,
 Hidayət əhliyəm bu gün,qəbahətim dünəndə var.
 Könül,məbadə aldanıb,unutma yövmi-məhşəri,
 Rəsuli-Mustəfa demiş,o gün həqiqətən də var.
 Vücudi-ruhi-adəmi,bu dərk olunmaz aləmi,
 Xuda xəfayi-elm ilə yaratdı,hər bədəndə var.
 Cəmii-xəlq xilqətin, həyatı-dəhr hikmətin,
 Rümuzi-sirri həm budur gələn də var,gedən də var.
 Yığıb mənalü mülkü kim törətsə fitnəvü fəsad,
 Əzabi-dəhşəti-əcəl ölüm zamanı təndə var.
 Hər an qəmi-fəraq üzür Qəvimi,cismü canımı,
 Mənim tək aləm içrə bir başı bəlalı bəndə var?
Tarix: 31.03.2013 / 17:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 79 Bölmə: Qezeller
loading...