"Arif çəkilən guşəyə qəmxanə deyirlər"
						Arif çəkilən guşəyə qəmxanə deyirlər
 Eş ilə yanan aşiqə pərvanə deyirlər.
 Meyxana tamam başqadı gəl səhv başa düşmə 
 Hal əhli olan məclisə meyxanə deyirlər.
 Vardır elə bir kəs ki sözü düz üzə söylər
 Bizlərdə həmin insana divanə deyirlər.
 Haqqdan dilərəm ki qoy ola düşmənə qismət
 Bayquş ulayan məskənə viranə deyirlər.
 Haqqdan aşağı gəl ki mələkdən uca varlıq 
 Dünyanın əzəl əşrəfi insanə deyirlər.
 Bir söz dedi haqq aşiqi yaş sel kimi axdı
 Gəlsin yenə haqq aşiqi meydanə deyirlər.
 Xoş gün olanda bir dəfə ismim yada düşmür
 Gəl dərd olanda hər dəfə Salmanə deyirlər.
 Allah Süleyman Rüstəmə rəhmət eləsin pis nəzirə deyil.
Tarix: 31.03.2013 / 17:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Qezeller
loading...