"Qoyubdu başə o sərvi-səhi külah əyri"
Qoyubdu başə o sərvi-səhi külah əyri,
Qaş əyri, zülfi-siyəh, əyriyü nigah əyri.
Mən eylədim qaşa aşiqlər içrə səcdə, vəli,
Görülməmişdi cahan içrə qibləgah əyri.
Şikənci-səy ilə olmadı bəxt, tale-rast,
Çıxıbdı çünki bu xilqətdən ol giyah əyri.
Dadızdırı mənə zəhri-əcəl kərahətsiz,
Gələndə qəmzən oxu xah rast, xah əyri.
Günüm qaradırü könlüm şikəstə, qəddim-xəm,
Nə qədər vardır ol türreyi-siyah əyri.
O sərv qamətə yox, heyf istiqaməti-xub
Ki, vardır aşiqilən gah rast, gah əyri.
Qərəz, Ziyai tək axırda görmədi mənzil,
Fəzayi-eşqdə hər kəs ki, getdi rah əyri.
Tarix: 30.03.2013 / 14:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 136 Bölmə: Qezeller
loading...