"Gətir mənə"
Görsən nə yerdə qəm bəni-adəm,gətir mənə,
Çünki qəm əhliyəm,qəmi-aləm gətir mənə.
Qəmsiz cahanda söylə bir adəmmi ömr edir,
Sən də bu vəchdən kərəm et qəm gətir mənə.
Əhd etmişəm ki,mən qəmi aləmdə çox çəkim,
Bir də məbadə sən bu qəmi kəm gətir mənə.
Artdıqca qəm dəmadəm əcəb qədrim artırır,
Qoy qədrim artıra,qəmi hərdəm gətir mənə.
Yox qəmdən özgə çarəm,özün rəhm qıl,təbib,
Qəmdir bu qəmli könlümə mərhəm gətir mənə.
Müddətdi qəmdən ötrü yamanca darıxmışam,
Qəm intizarı çeşmim edib nəm,gətir mənə.
Qəmdir ucaldan adımı qəmgin Qəvimiyəm,
Qəmlər bu qəddim eyləsə də xəm, gətir mənə.
Tarix: 31.03.2013 / 17:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 152 Bölmə: Qezeller
loading...