Get-get a pərizad daha bil, sən o deyilsən,
Məcnunu unut, qəlbini sil, sən o deyilsən!
Saçları siyah, mən səni bir Leyli sanıb bil,
Oldum belə bəxti qara zil, sən o deyilsən.
İbni Səlama işvələrin qoy halal olsun,
Olmadı mənim tək o, səfil, sən o deyilsən.
Guya ki, mənimsən, düşünüb bihuş olurkən,
Heyhat, mənə vəhy gəldi qəfil, sən o deyilsən.
Çəkdim o xəyal surətini sevgilərimlə,
Bax, doğmadı mənçün o şəkil, sən o deyilsən.
Bu yol, ucalıb sevgi yolunda yananındır,
Meyl eyləmə, yoldan da çəkil, sən o deyilsən.
Biz ki, bahar övladıyıq, ey isti nəfəslim,
Neyçün soyudun, döndü fəsil, sən o deyilsən?!
Məcnun Ələmi, cox demə canan dəyişildin,
Tökmə daha bülbül kimi dil, sən o deyilsən!
Tarix: 31.03.2013 / 17:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 129 Bölmə: Qezeller