Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Qoy gəlməsin " qəzəli

Məclisi-meyxanəyə pak olmayan qoy gəlməsin,
Dərdi-hicran ilə qəmnak olmayan qoy gəlməsin.

Gəlsə də əcdadı məlumlar deyin gəlsin bura,
Gəlməmişdən aləmə xak olmayan qoy gəlməsin.

Qafilü nadan nə bilsin badeyi-səhba nədir,
Məclisə hər əhli-idrak olmayan qoy gəlməsin.

Saqi qanından düzəldir aşiqin mey cövhərin,
Dərd əlilə sinəsi çak olmayan qoy gəlməsin.

Dərdü qəmdən öncə qoy əfqanı tutsun aləmi,
Ahinin ünvanı əflak olmayan qoy gəlməsin.

Yasina, aşiqlərin, meyxanədə şən bəzminə,
Cövri-yarıylan fərəhnak olmayan qoy gəlməsin.


Tarix: 30.03.2013 / 14:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 127 Bölmə: Qezeller
loading...