"Çıxarıb"
Yarımın ayrılığı ruhu bədəndən çıxarıb,
Mən ona neyləmişəm heyfini məndən çıxarıb.
Çıxdı canım, bu nədir qəmzəsi min canlar alan
Məgər ol atdığı peykanını təndən çıxarıb.
Ol gülə həsrətəm ey dil,elə bil fəsli-xəzan
Yetişib,bülbüli-şeydanı çəməndən çıxarıb.
Bir gün əlbəttə ki,aləmdə cəzasın çəkəcək,
Zülm edib kim ki,bu məzlumu vətəndən çıxarıb.
Yoxmu dərk əhli bu gün dərk edə söz hikmətini,
Ol qədər gənci-nihan yar dəhəndən çıxarıb.
Çoxdur elm əhli nə xeyri,gecə-gündüz oxuyub
Hər yetən bir cürə mənanı süxəndən çııxarıb.
Əhli-eşqə o qədər tənə edibsən zahid,
Bu Qəvimi əvəzin sanma ki,səndən çıxarıb.
Tarix: 31.03.2013 / 17:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 132 Bölmə: Qezeller
loading...