Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Könlümdə " qəzəli

Çıxıb gedən günü sən od qalandı könlümdə,
Kədərdən arzularım çalxalandı könlümdə.

Məhəbbətim qəmi-hicrində yandı şiddətlə,
Köz üstə sanki kababdır, sulandı könlümdə.

Ürək qan ağladı, yaş tökdü yaz yağışları tək,
Ümidlərim qısılıb daldalandı könlümdə.

Xoş istirahətə yer tapdı dərd-ələm elə bil,
Köçün salıb gecə-gündüz dolandı könlümdə.

Əlində həsrətin, ey gül, tutub güman çöpünü,
İşin-gücün buraxıb qurdalandı könlümdə.

Bu qəm burulğanı tufan gətirdi atəşli,
Nə var qırıldı qırıldıqca yandı könlümdə.

Soruşma dərdimi, Yasin, müsibət üz verdi,
Həyat o gül gedən andan dayandı könlümdə.


Tarix: 27.03.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 154 Bölmə: Qezeller
loading...