"Sənsiz"
						Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
 Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
 Sənin ol cəlb eləyən vəslinə and içdim, inan,
 Hicrinə yandı canım, yox daha taqət sənsiz!
 Başqa bir yarı necə axtarım, ey nazlı mələk,
 Bilirəm, sən də dedin: "Yox yara hacət sənsiz"!
 Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
 Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz!
 Nə gözüm var - arayım mən səni, bəxtim də ki yol,
 Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!
 Sən Nizamidən əgər arxayın olsan da, gülüm.
 Gecə-gündüz arayıb, olmadı rahət sənsiz!
Nizami Gəncəvi
Tarix: 31.03.2013 / 17:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 339 Bölmə: Qezeller
loading...