" Yaşarır gündə, gülüm, yüz kərə göz dərdindən " qəzəli
Yaşarır gündə, gülüm, yüz kərə göz dərdindən,
Od salır könlümə könlündəki köz dərdindən.
Çox deyib yaxşı sözü yaxşı adamlar, nə qalıb,
Demirəm söz neçə müddətdi ki, söz dərdindən.
Səni vəsf etməyə çatmır gücü, ey gül, bir bax,
Dildə çoxdandı ki, sərgəştədi söz dərdindən.
Yerin əlbəttə cəhənnəmlik olar, ey könlüm,
Getsən aləmdən əgər döndərib üz dərdindən.
Bu qədər dərdini Yasin çəkə bilməz, ey dil,
Yazığın çünki açılmır başı öz dərdindən.
Tarix: 27.03.2013 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 115 Bölmə: Qezeller
loading...