" Qaldı yollarda könül yetmədi mənzil başına " qəzəli
Qaldı yollarda könül yetmədi mənzil başına,
Gəldi bir əqlin ucundan neçə müşkil başına.
Olmadı sahib o bir əlcə qırılmış dilinə,
Gətirib gör nə müsibətlər onun dil başına.
Beş özündən dedi bir sevgilisindən demədi,
Çoxdu təqsiri görüm olsun onun kül başına.
Gətirən eşqdi bülbülləri tez-tez şurə,
Həm çəkən şövqilə pərvanəni qəndil başına.
Dərdi-dünya ki, tutubdur yaxamızdan bərk-bərk,
Çıxaruq, çıxmaruq, Allah görəsən il başına.
Ey məni-aşiqi-rüsvayə gülən, səbr eylə,
Bu bəlalər gələr, Allahə təvəkkül, başına.
Dur otur sən elə cananı fikirləş, Yasin,
Gəlməsin ayrı fikir, ayrı təxəyyül başına.
Tarix: 27.03.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 103 Bölmə: Qezeller
loading...