Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Şuri-cünun aşiqin başına rifәt verir"

Şuri-cünun aşiqin başına rifәt verir,
Hәr kәsә dünyadә, hәq әqlicә dövlәt verir.


Qanım içirkәn bulur çeşminә eyni-sәfa,
Öylә ki, meyxarәlәr bәzminә zinәt verir.


Handa ki, görsәn, könül, yarı, dolan başına,
Sanma ki, dövran sәnә bir dәxi fürsәt verir.


Surәti-halın demәk aşiqә lazım deyil,
Üz verә iqbal әgәr, eşq özü surәt verir.


Gövhәri-nәzmin, Nişat, eylәmә hәr yerdә sәrf,
Bir belә bazardә kim ona qiymәt verir?


Tarix: 31.03.2013 / 17:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 66 Bölmə: Qezeller
loading...