Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Nə vəhşi könlüm ol ahu nigəhdən qeyrə ram olmaz"

Nə vəhşi könlüm ol ahu nigəhdən qeyrə ram olmaz,
Nə onun hicrinin nöqsan olan ayı tamam olmaz.

Müradın can fəda qılmaqdı yetcək vəsli-cananə,
Əgər hasi ola eşq aləmində beylə kam olmaz.

Səfayi-vəslə yetdik, eyləyib çox səylər, ey dil,
Bəyan et birbəbir hicran ğəmin beylə məqam olmaz.

Vüsali-yarə yetdik, bir əyaq dut badə qıl hazır,
Dur, ey saqi, başınçın, beylə dəm hərkiz müdam olmaz.

Bu, bəzmi-vəsli-cənnət, saqisi qılmani-tubaqəd,
Məni mən etmə, zahid, mey behişt içrə həram olmaz.

Gözün mən etməgə mülki-rüxündən ləşkəri-xətti
Edib müjganların səf-səf ki, dəva binizam olmaz.

Gədalıq rəsmini tut kim, dəri-cananə getməkçin
Zühuri, nəng qılma, aşiq üçün nəngü nam olmaz.


Tarix: 30.03.2013 / 14:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 104 Bölmə: Qezeller
loading...